Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun gününə 2 oyun keçirilib. "Zirə" ilk matçda qalib gəldiyi (2:1) "Səbail"lə bu dəfə evdə qarşılaşıb. Rəşad Sadıqovun komandası 3:0 hesablı qələbə ilə yarımfinala yüksəlib.
"Zirə" bu mərhələdə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ" isə ilk oyunda darmadağın etdiyi (7:1) "Sabah"ı qəbul edib. Görüş "Sabah" 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsində görə "Qarabağ" yarımfinala yüksəlib. Ağdam təmsilçisi bu mərhələdə "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.
8 fevral
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
20:00. "Qarabağ" - "Sabah" - 3:4
Qollar: Kristian Da Silva 5 (0:1), Jarl Marqarita, 27 (0:2), Hamidu Keyta, 30 (1:2), İshak Belfodil, 58 (1:3), Adama Diakabi, 61 (2:3), İshak Belfodil, 69-pen. (2:4), Maruan Hadudi, 74-avtoqol (3:4)