"Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Ruslan Qafitulin Azərbaycan kubokunun 1/4 finalında bu gün "Qaravağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 4:3 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Birinci oyunda məğlub olsaq da, bu gün meydana qələbə üçün çıxmışdıq. Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".
Qeyd edək ki, "Sabah" 4:3 hesabı ilə qalib gəlsə də, mərhələni ilk oyunda 7:1 hesablı qələbə qazanan "Qarabağ" keçib.