Azərbaycan taekvondo yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” beynəlxalq turnirini 3 medalla başa vurub.
Sportliqa.az xəbər verir ki, yarışın son günündə daha 2 idmançı fəxri kürsüyə qalxıb.
Yığmanın heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələniblər. Daha əvvəl Rahid Vəliyev (54 kq) də üçüncü yeri tutmuşdu.
Taekvondo millimiz Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda iştirak edəcək. Bu gün startı veriləcək yarış fevralın 19-da yekunlaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.