
“Qalatasaray” klubunun qış transfer pəncərəsi zamanı heyətinə qatdığı Serj Orye zədələnib.
Sportliqa.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriya ilə final matçında sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçunun əzələsində zədə aşkarlanıb. O, bir ay yaşıl meydanlardan uzaq qalacaq.
“Qalatasaray” Serj Oryeni “Nottingem Forest”dən transfer edib. Sağ cinah müdafiəçisi “sarı-qırmızılar”ın heyətində debüt etməyib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması