Türkiyə Birinci Liqasında 23-cü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Şanlıurfaspor"u qəbul edib və gözlənilmədən 0:1 hesabı ilə uduzub. Yeganə qolu 72-ci dəqiqədə Payxao vurub.
Ramil Şeydayev bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub
"Kocaelispor" 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Eyüpspor" 52 xalla 1-ci, "Göztepe" 46 xalla 2-cidir. "Şanlıurfaspor" isə 22 xalla 15-cidir.