Azərbaycan Premyer Liqasında 23-cü tur davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. 2-ci pillədəki "Sumqayıt" 8-ci yerdəki "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 15:30-da başlayacaq.
Günün son qarrşılaşmasında 3-cü sıradakı "Neftçi" evdə 4-cü pillədəki "Zirə" ilə üz-üzə gələcək. Matça saat 18:00-da start veriləcək.
Xatırladaq ki, 23-cü turun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.
18 fevral (bazar)
15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Neftçi Arena”