“O, vaxtını diskoteka və barlarda keçirməyə üstünlük verir. Nadir hallarda yaxşı oynayır”. Sportliqa.az xəbər verir ki, bu sözləri xorvat mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında yazıb.
Bildirilib ki, futbolçu tənbəllik edərək az hallarda yaxşı oynayır: “O, hər səhər məşqini qaçırır. Daha qol vurmağı dayandırıb. Vaxtını əyləncəyə çox ayırır”.
Azərbaycan millisinin üzvü Mahir Emreli isə bütün bunların yalan olduğunu deyib: “Bu, müsəlmanların spirtli içki istifadə etmədiyini bilməyən polyak jurnalistlərin uydurmasıdır. Hamı bilir ki, mən içmirəm və heç vaxt içməyəcəm. Axşamlar əsasən axşam yeməyinə çıxa bilirəm”.
Yazıda futbolçunun qazandığı keçmiş uğurlara da yer verilib: “Qarabağ” da çıxış etdiyi zamanlarda yaxşı oyunçu olub. O, 185 oyunda 67 qol vurub, 24 məhsuldar ötürmə edib. Son klubu isə Polşa “Legiya”sı olub və burada 33 oyunda 11 qol vurub”.
qafqazinfo.az