Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq. "Zirə" 32 xalla 5-ci, "Araz-Naxçıvan" isə 31 xalla 8-ci pillədə qərarlaşıb.
Günün və turun son matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək.