Bu gün İngiltərə Liqa kubokunda final oyunu keçiriləcək.
Sportliqa.az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
"Liverpul" 9, "Çelsi" isə 5 dəfə bu turnirin qalibi olub.
Qeyd edək ki, hazırda "Liverpul" 60 xalla Premyer Liqanın lideridir. Çempionatda işləri yaxşı getməyən "Çelsi" isə 35 xalla 10-cudur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.