"Bayer"in futbolçusu Viktor Bonifase UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Sportliqa.az xəbər verir ki, 23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilib. Bu da o deməkdir ki, Bonifase "Qarabağ"la hər iki oyunu buraxacaq.
Digər zədəli futbolçu - argentinalı yarımmüdafiəçi Ezekiel Palasios isə "Qarabağ"la matçlara qədər tam sağalacaq.
Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq.