
UEFA-nın mənzil qərargahından Pressing.az-a eksklüziv məlumat daxil olub.
Sportliqa.az xəbər verir ki, "Qarabağ" – "Bayer" matçından (2:2) dərhal sonra UEFA-ya şikayət məktubu ünvanlanıb. Mənbəmiz hələ ki şikayətin nədən ibarət olduğunu bildirməyib, lakin böyük etimalla, təşkilati problemlərdən qaynaqladığını vurğulayıb. Eyni zamanda, qarşılaşmanın qazaxıstanlı UEFA nümayəndəsi Alpaslan Kavas "Qarabağ" barədə ölçü götürülməsi üçün müvafiq qeydlərini İsveçrənin Nyon şəhərinə göndərib.
Əlavə məlumat üçün qeyd edək ki, "Qarabağ - Braqa" matçında bloqerlərin UEFA-nın qaydalarını kobud şəkildə pozduğuna görə təmsilçimiz çox sərt xəbərdarlıq almışdı.
Elsevər Muradzadə
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması