
UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək "Bayer" - "Qarabağ" cavab oyununa hakim təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, matçı İngiltərə Futbol Assosiasiyasından Entoni Teylor idarə edəcək. Ona həmyerliləri Qari Besuik və Adam Nann köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.
Qeyd edək ki, İngiltərə və Avropanın məşhur hakimlərindən olan Entoni Teylor 2020-ci ildə UEFA Superkubokunu ("Bavariya" - "Sevilya" matçı), 2023-cü ildə isə Avropa Liqasının finalını ("Sevilya" - "Roma" görüşü) idarə edib.
Martın 14-ü keçiriləcək "Bayer" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması