Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu mərhələnin cavab matçına çıxıb.
Ağdam təmsilçisi Almaniyada Bundesliqanın lideri "Bayer"in qonağı olub. Görüşdə "Qarabağ" 90+3-cü dəqiqəyədək qalib durumda olsa da, əlavə olunmuş dəqiqələrdə rəqib 2 qol vurub. Bununla da "Bayer" mərhələ adlayıb - 3:2.
Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı ilə başa çatmışdı.
14 mart
UEFA Avropa Liqası
1/8 finalın cavab oyunu
00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (3:2)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")
İlk oyun - 2:2
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)
Leverkuzen. "Bay-Arena"