UEFA “Qarabağ”ı Avropa Liqasında “Braqa”ya (2:3) və “Bayer”ə (Leverkuzen) qarşı keçirdiyi ev oyunlarına görə cərimələyib.
Sportliqa.az xəbər verir ki, qitə futbol qurumu Ağdam klubunu ümumilikdə 45 min 500 avro (84 min 500 manat) cərimə edib.
Azərbaycan təmsilçisi azarkeşlərin lazer şüasından istifadə etdiyinə görə 8 min, təhqir xarakterli mesajlara görə (azarkeşlərin “UEFA mafiya” şüarlarına görə) 22 min 50 avro ödəyəcək. Həmçinin digər cərimələr 12 min 500 avro təşkil edəcək.
Priotexniki vasitələrə görə isə 2750 avro cərimə gələcək.
Qeyd edək ki, azarkeşlərin “UEFA, mafiya” şüarlarına görə “Qarabağ” böyük məbləğdə cərimələnib. Ağdam klubunun Almaniyada “Bayer”ə 2:3 hesabı ilə uduzduğu oyuna görə də cərimə gələcək. Həmin matçda da azarkeşlər eyni şüarları səsləndirib.
(Qafqazinfo)
Foto: Elmir Kərimov