Türkiyə Birinci Liqasında 30-cu turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" evdə "Giresunspor"la üz-üzə gəlib. Matçda "Kocaelispor" 2:0 hesablı qələbə qazanıb.
Ramil bu oyunda meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçu fərqlənməyi də bacarıb. O, 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubundakı ilk qolu olub. "Kocaeispor"un digər qolunu isə 76-cı dəqiqədə Daniel Kandeyas vurub.
Qeyd edək ki, hazırda 52 xalı olan "Kocaelispor" turnir cədvəlində 4-cüdür.
Xatırladaq ki, Ramil bu qış Türkiyə təmsilçisinə keçib.