"Nyukasl" Bruno Gimaraeşi komandada saxlayacaq.
Sportliqa.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə barədə razılıq əldə edib. Bu barədə insayder Fabritsio ROmano məlumat yayıb.
"Sağsağanlar" braziliyalı orta xətt oyunçusunun sözləşməsinin müddətini 2028-ci ilin yayına kimi uzadacaq. Yeni müqavilədə futbolçunun sərbəstqalma məbləği 100 milyon funt-sterlinq olacaq.
"Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvar ayında "Lion"dan transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə İngiltərə təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.