Azərbaycan 1-ci Liqasında son yeddi mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.
Pressing.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 27-ci turda baş verib.
“İrəvan”la “Karvan” arasında matçda 11 qol vurulub. Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudur. Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz-2”yə 6:5 hesabı ilə qalib gəlib.
Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardır. Daha çox qola sonuncu dəfə 2016/17 mövsümünün “Səbail” – “Bakılı” oyununda təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu görüşdə meydan sahibləri 11:3 hesablı qələbə qazanıblar.