Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılmağa qərar verib.
Sportliqa.az-ın əldə etdiyi məlumata əsasən, 29 yaşlı əlcək sahibi azad agent statusuna yiyələnəcək. O, komandadakı maliyyə problemlərinə görə, bu qərarı verib. Şahruddin transfer vərəqini klubdan almaq üçün bir neçə ayın maaşından imtina edib.
Təcrübəli əlcək sahibinə Azərbaycanın 3 klubu – “Qarabağ”, “Sabah” və “Neftçi” maraq göstərir. Lakin millimizin qapıçısı öncə Avropa bazarında klub axtaracaq və yerli klubları alternativ variant kimi dəyərləndirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az