“Kəpəz” - “Zirə” oyununda heç-heçə, "İmişli"dən qələbə
- YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
"İmişli" Yevlaxda "Turan Tovuz"u qəbul edib. Görüş "İmişli"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" isə Gəncə səfərində "Kəpəz"lə üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
18 oktyabr (bazar)
Misli Premyer Liqası, 8-ci tur
18:30.“Kəpəz” – “Zirə” - 1:1
Qollar: Benito, 57 (1:0), Davit Volkov, 89 (1:1)
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev, Rauf Cabarov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
15:00.“İmişli” - “Turan Tovuz” - 1:0
Qol: Dioqo Rollo, 25
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə, Kamranbəy Rəhimov (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Yevlax şəhər stadionu