“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportliqa.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlamasında təcrübəli mütəxəssis ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini bildirib:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə üz-üzə gələcək. Təmsilçimiz ilk oyunu evdə keçirəcək. Konfransa Liqasında 2-ci turun ilk oyunları iyulun 25-də, cavab matçları avqustun 1-də keçiriləcək.