Avro-2024-də 1/8 final mərhələsinə start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.
İlk matçda İsveçrə və İtaliya milliləri üz-üzə gəlib. Oyun İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İsveçrə son Avropa çempionunu mübarizədən kənarlaşdıraraq 1/4 finala adlayıb. İsveçrə millisi bu mərhələdə İngiltərə - Slovakiya cütünün güclüsünə qarşı oynayacaq.
Günün digər matçında isə Almaniya Danimarka ilə qarşılaşıb. Bu oyunda Almaniya millisi 2:0 hesablı qələbəyə sevinib və növbəti mərhələyə yüksəlib. Komanda 1/4 finalda İspaniya - Gürcüstan cütünün güclüsü ilə üz-üzə gələcək.
29 iyun
Avro-2024
1/8 final
20:00. İsveçrə - İtaliya - 2:0
Qollar: Freyler, 37, Varqas, 46
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
23:00. Almaniya - Danimarka - 2:0
Qollar: Havertz, 53-pen; Musiala, 68
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu