“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Bandırmaspor”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi bu ilin iyununda komandadan ayrılıb. Fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az