"Liverpul"un yayda "Laypsiq"dən transfer etdiyi Dominik Soboslay açıqlama verib.
Sportliqa.az xəbər verir ki, macar yarımmüdafiəçi bu keçidə çox can atdığını bildirib:
"Liverpul"un futbolçusu olmaq üçün çox çalışırdım. Bu, xəyalımın gerçəkləşməsidir. Məncə, bu klubda oynamaq hər futbolçunun arzusudur. Dünyanın ən böyük klublarından birində oynamaq qürurdur. Böyük azarkeşləri və tarixi olan klubda oynamaq zövqdür. Bu və gələcək mövsümlərdə çox şey əldə etmək istəyirəm".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az