Ötən həftə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start verilib.
İlk turda son çempion "Qarabağ" "Araz-Naxçıvan" səfərinə yollanıb. Gözlənildiyi kimi, Ağdam təmsilçisi bu matçda naxçıvanlılara çətinlik çəkmədən qalib gəlib - 4:1. Lakin oyun ərzində "Qarabağ" adına bir məqam diqqətdən qaçmayıb.
Ağdamlılar qarşılaşmaya ötənilki şortlar və corablarla çıxıb. Maraqlıdır, görəsən, niyə belə addım atılıb?
Bəlkə bu, "Qarabağ"ın əməkdaşlıq etdiyi dünya brendi "Addidas"ın klubu küçümsəməsindən xəbər verir? Şirkət forma dizaynını formalaşdırarkən, Azərbaycan klubuna başdansovdu yanaşıb?
Və ya "Qarabağ" rəhbərliyi bununla büdcəyə maraqlı qənaət üsulu tapıb?..
Bir məqamı da qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələlərindəki matçlara yeni şortlarla çıxır. Bu da onu deməyə rəvac verir ki, "Adidas" "Qarabağ"a limitli sayda şort və corablar təqdim edib.
Elsevər Muradzadə