Bu gün UEFA Avropa Liqası və Konrans Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
Sportliqa.az xəbər verir ki, hər iki turnirdə azərbaycanlı hakimlər briqadası iş başında olacaq.
Belə ki, Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya)-APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Konfrans Liqasında bu gün keçiriləcək "Partizan"(Serbiya) - "Gent"(Belçika) matçının baş hakimi isə Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.