UEFA Avropa Liqasının 1-ci turundan sonra statistik göstəriciləri açıqlayıb.
Sportliqa.az xəbər verir ki, yarışda ən çox künc zərbəsi yerinə yetirən futbolçular sırasında "Qarabağ"ın oyunçusu da yer alıb.
Əlcəzairli oyunçu Yassin Benzia bu göstəricidə TOP-5-in lideridir. 30 yaşlı yarımmüdafiəçi turnirin əsas mərhələsində 7 dəfə korner yerinə yetirib. Bu, “Tottenhem”lə Londondakı görüşdə baş verib.
Həmin oyunda “Qarabağ” 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Mançester Yunayted”dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda 2-ci qeyd olunub.