UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib.
Sportliqa.az xəbər verir ki, bu gün 10 oyun baş tutub.
Günün mərkəzi qarşılaşması A Liqasında İtaliya ilə Belçika yığmaları arasında baş tutub. Bu oyunda qalib müəyyənləşməyib. Fransa yığması isə səfərdə İsrail üzərində darmadağına sevinib.
B Liqasında İngiltərə yığması Yunanıstanla ev oyunundan məğlubiyyətlə ayrılıb.
UEFA Millətlər Liqası
10 oktyabr
A Liqası, 2-ci qrup
İsrail – Fransa 1:4
Qollar: Qandelman, 24 – Kamavinqa, 7. Nkunku, 28. Genduzi, 87. Barkola, 89.
İtaliya – Belçika 2:2
Qollar: Kambyazo, 1. Reteqi, 24 – De Kuyper, 42. Trossard, 61.
Xallar: İtaliya – 7. Fransa – 6. Belçika – 4. İsrail – 0.