Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümü start götürüb.
Sportliqa.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk gün üçün nəzərdə tutulan 2 matçından 1-i artıq başa çatıb. 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar" "Kür-Araz"la qarşılaşıb. Oyunda Qusar təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Nəticədə komanda 2-ci mərhələyə yüksəlib. "Şahdağ Qusar" qələbə qollarını 6 dəqiqəyə vurub.
"Şahdağ Qusar" burada "Araz-Naxçıvan"la qarşılaşacaq.
Günün digər oyununda isə "Şəfa" "Saatlı-Araz"la görüşəcək. Bu cütün qalibi isə 2-ci mərhələdə "Difai" ilə üz-üzə gələcək.