
"Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Ağdaş"ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Sportliqa.az xəbər verir ki, o, bunları deyib: "Kubok yarışında aşağı liqa klublarının iştirakı komanda sayını artırıb. İkinci liqa təmsilçiləri ilə Premyer Liqa klubları arasında təbii ki, böyük fərq var. Bu, bütün komponentlərdə özünü göstərir. Düşünürəm ki, növbəti illərdə daha yaxşı, mübarizəli oyunları izləyəcəyik. "Ağdaş" kollektivinə növbəti oyunlarda uğurlar arzulayıram. Özümüzə gəlincə, qarşıda çətin çempionat matçı olduğundan zədəsiz oyun keçirmək istəyirdik. Uşaqlar meydançada qaçdılar, oynadılar. Əvəzedici komandamızdan gənclərə də şans verdik. Onların oyununa baxdıq"
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması