MTV-nin efirində qalmaqallı anlar yaşanıb.
Sportliqa.az xəbər verir ki, veriliş zamanı futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışına tənə vurmaq məqsədilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Lakin həmin videoçarx "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevi qəzəbləndirib. Belə ki, o, "kimyaçılar"ın və millimizin qapıçısı Mehdi Cənnətovun da məzhəkəyə qoyulduğu videonu bəyənməyərək, aparıcıya etirazını bildirib və nitqini yarıda saxlayıb.
Qeyd edək ki, verilişdə tanınmış azərbaycanlı mütəxəssis Adil Şükürov və idman jurnalistləri də iştirak ediblər.
Həmin anların videosuna linkə daxil olaraq baxa bilərsiniz.