Bu gün Azərbaycan Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.
Sportliqa.az xəbər verir ki, 15-ci turun 3-cü oyun günündə son çempion "Qarabağ" hazırda 8-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Ağdam klubu matçda qələbə qazanarsa, "Araz-Naxçıvan"ı geridə qoyaraq yenidən liderliyə yüksələcək. Qeyd etmək lazımdır ki, "Qarabağ" digərlərindən 1 oyun az keçirib.
"Neftçi" qalib gələcəyi təqdirdə isə 7-ci pilləyə qalxacaq.
Bu komandalar arasında 1-ci dövrənin oyununda Qurban Qurbanovun komandası 4:0 hesabı ilə üstün olub.