Mövsümə qeyri-stabil başlayan "Çelsi"də pis gedişatı göstərən statistika müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, London təmsilçisi Premyer Liqada sentyabr ayında keçirdiyi 3 oyunda qol vurmayıb. Londonlular "Nottingem Forest" və "Aston Villa"ya uduzub (hər iki matç 0:1), "Bornmut" ilə heç-heçə edib - 0:0.
"Çelsi" 6 turdan sonra 5 xalla turnir cədvəlində 14-cüdür.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.