
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin klubda səlahiyyətləri bir qədər də artırılıb.
Sportliqa.az-ın məlumatına görə, Hacıyev Ağdam təmsilçisinin sözçüsü olmaqla yanaşı, bundan sonra klubun marketinq departamentinə də rəhbərlik edəcək.
İndiyədək sözügedən vəzifəni Yusif Cəfərov icra edirdi. Bundan sonra isə ağdamlıların marketinq işlərinə məsul şəxs Anar bəy olacaq. Bu vəzifə ona yad deyil. Çünki A.Hacıyev bundan əvvəl çalışdığı "Qəbələ" klubunda da media və marketinq xidmətinin rəhbəri olub.
Qeyd edək ki, marketinq sahəsində bacarıqlı kadr hesab edilən Hacıyev bir neçə ay əvvəl nüfuzlu Yohan Kroyf Universitetindən bu ixtisas üzrə məzun da olub. O, eyni zamanda, UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda iştirak edib və Avropanın nüfuzlu futbol qurumu tərəfindən diplomla təltif olunub. Hacıyev həm də Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupunun (Fans Working Group) üzvüdür.
Anar Hacıyev "Qarabağ"ın sponsorluq əlaqələrində də mühüm rol oynayır. Belə ki, bu yaxınlarda Beynəlxalq Bankın Ağdam klubuna sponsor olmasında onun böyük rolu olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması