Sportliqa.az xəbər verir ki, əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edib. “Qarabağ”la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyunu olub. “Şamaxı” isə birinci turda “Neftçi” səfərindən 1 xalla (1:1) qayıdıb.
Qarşılaşma Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəlib. Görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənib.