Ayxan Abbasov: "İlk dəqiqədə qol buraxmağımız bu gün məğlub olmağımıza səbəb oldu"
“Şamaxı” klubu bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sabah”ı qəbul edib.
Sportliqa.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov “Sabah”ın onlardan daha hazırlıqlı olduğunu bildirib:
“Çətin oyun olacağını bilirdik. Rəqibimiz “Sabah” idi. Həm Avroliqadan, həm Konfrans Liqasından gələn komandadır. Bizdən daha hazırlıqlı idilər. Oyuna yaxşı başlamadıq. Buna baxmayaraq, oyunçularım yaxşı çıxış etdilər, yaxşı mübarizə apardılar. Ən azı bir xal qazanmaq istəyirdik. Bərabərlik qolunu da vurduq. Amma rəqib standart vəziyyətdən yararlanıb, qələbə qolunu vurdu. Bəlkə də, ilk dəqiqədə qol buraxmağımız bu gün məğlub olmağımıza səbəb oldu".