Kurban Berdıyev: "Standart vəziyyətlərdən əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik"
"Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportliqa.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Bərabər səviyyəli komandaların oyununda standart vəziyyətlər və konsentrasiyanın itirilməsi həlledici rol oynayır. Təəssüflər olsun ki, künc zərbəsindən sonra qol buraxdıq. Standart vəziyyətlərdən əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Mövsüm öncəsi komanda ilə təlim-məşq toplanışı keçməyən İbrahima Vadji, Filip Ozobiç, Joarlem Santosun tam hazır olmasını gözləyirik. Ümid edirəm ki, növbəti tura kimi onlar da hazır olacaqlar".