“Lənkəran” basketbol klubu amerikalı basketbolçu transfer edib.
Sportliqa.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xdməti məlumat yayıb.
Raşed Dyson mövsümün sonuna kimi Lənkəran təmsilçisinin formasını geyinəcək. 23 yaşlı basketbolçu 1.95 sm boya malikdir. “Lənkəran” amerikalının ilk Avropa klubu olmaqla yanaşı, ilk peşəkar komandası olacaq.
Dyson buna qədər ölkəsində universitet komandalarında forma geyib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.