Növbəti mövsümə hazırlaşan “Sumqayıt” amerikalı basketbolçu Si Cey Consu transfer edib.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 198 sm boya malik 27 yaşlı oyunçu həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində oynayır.
Karyerasına Alabama ştatının “Birmingem” komandasında başlayan Cons buna qədər Niderland və Kipr çempionatlarında da oynayıb. O, son olaraq Panamanın “Dragones de Don Bosco” klubunda çıxış edib.
Si Cey Panama çempionatında hər oyuna orta hesabla 19 xal və 6,3 ribaundla yadda qalıb. O, hətta Panamada “ilin legioneri” mükafatını da qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.