Azərbaycan millisi Avropa Kubokunun yarımfinalında!
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportliqa.az xəbər verir ki, yığma 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.