Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda final görüşünü keçirib.
Sportliqa.az xəbər verir ki, yığmamız turnirin həlledici mərhələsində Niderlandla qarşılaşıb və 16:21 hesabı ilə məğlub olub. Bununla da millimiz Avropa kubokunun ilk medalını - gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16), Ukraynaya (21:14), 1/4 final mərhələsində isə Polşaya (16:13) qalib gəlib. Millimiz 1/2 final mərhələsində İspaniya millisi ilə üz-üzə gəlib və rəqibini 21:17 hesabı ilə məğlub edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.