Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar.
Sportliqa.az xəbər verir ki, seçmə komandamızın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər.
Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az