Azərbaycanda keçirilən III MDB Oyunların davam edir.
Sportliqa.az xəbər verir ki, hazırda idmançılarımızın aktivində 5 qızıl, 17 gümüş, 16 bürünc medal var. Bu nəticə ilə Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib.
Siyahıya aktivində 34 qızıl, 8 gümüş və 7 bürünc medal olan Rusiya başçılıq edir. Belarus isə 4 qızıl, 13 gümüş, 15 bürünclə üçüncü pillədə qərarlaşıb.
İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az