"NTD"nin baş məşqçisi Tahir Baxşıyev “Gəncə” BK ilə (85:90) qarşılaşma barədə öz fikirlərini bildirib:
“Düşünürəm ki, ümumilikdə yaxşı oyun alındı. Uşaqlar mübarizə apardılar. Komanda hələ tam komplektləşməyib. Biz daha bir legionerlə güclənməyi planlaşdırırıq. Həmçinin Murad Babayev oyunu buraxırdı. O, hələ bizimlə məşq edə bilmirdi. Onlar komandaya qoşulandan sonra biz aktiv şəkildə rotasiya apara biləcəyik. Beş-altı basketbolçu ilə oynamaq çətin oldu. Buna baxmayaraq, qələbə qazana bilərdik. Məğlubiyyətə baxmayaraq, hesab edirəm ki, bu oyun komandaya müsbət təsir göstərəcək. Biz öz güclü və zəif tərəflərimizi gördük. Eyni zamanda birinci turda digər komandaları da iş başında gördük və onlara qarşı oyunlara daha yaxşı hazırlaşa biləcəyik. Düşünürəm ki, növbəti oyunlarda daha da baxımlı oyun göstərə biləcəyik”.