Azərbaycan III MDB Oyunlarında qızıl medal sayını artırıb.
Sportliqa.az xəbər verir ki, üzgüçü Süleyman İsmayılzadə sərbəst üslubda 400 metr məsafəyə üzmədə bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın aktivində 8 qızıl, 21 gümüş və 31 bürünc medal var. Medal sıralamasına 59 qızıl medal əldə edən Rusiya başçılıq edir.
Qeyd edək ki, Bakıda keçirilən III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.