Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportliqa.az xəbər verir ki, 14 yaşlı idmançı Azərbaycan badmintonu tarixində ilk dəfə qitə çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.
SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə tandem təşkil edən Z.Salmanlı yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis qoşasına 2:0 (21-18,21-10) hesabı ilə qalib gələrək turnirdə həlledici qarşılaşmaya vəsiqə qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az