Azərbaycan medal sıralamasında GERİLƏDİ
Azərbaycan ölkəmizdə keçirilən III MDB Oyunlarının medal sıralamasında üçüncü pilləyə düşüb.
Sportliqa.az xəbər verir ki, buna qədər 2-ci pillədə olan Azərbaycanın 29 qızıl, 48 gümüş və 89 bürünc medalı var.
Siyahıya Rusiya (116 qızıl, 58 gümüş, 38 bürünc medal) başçılıq edir. İkinci pillədə isə Belarus (32 qızıl, 31 gümüş, 51 bürünc) qərarlaşıb.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.