Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında 2-ci turun görüşləri keçirilib.
Sportliqa.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış etdiyi Azərbaycanın kişilərdən ibarət yığma komandası hesabat turunda Çexiya ilə heç-heçə edib - 2:2.
Məmmədyarov qalib gəlib, Məmmədov uduzub, Süleymanlı ilə Muradlı isə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət Azərbaycan yığması ikinci turda Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva partiyanı qələbəylə başa vurub. Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva isə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 14-də yekunlaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az