MDB Oyunları: Azərbaycan medal sıralamasında yenidən ikinci pillədə
Azərbaycan III MDB Oyunlarının medal sıralamasında yenidən ikinci pilləyə yüksəlib.
Sportliqa.az xəbər verir ki, ölkəmizin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.
Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) siyahıda liderdir. Üçüncü pillədə isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.
Qeyd edək ki, III MDB Oyunlarına bu gün yekun vurulacaq.