Bu gün III MDB Oyunlarına yekun vurulacaq
Bu gün Azərbaycanda təşkil olunan III MDB Oyunlarına yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, yarışın son günündə bədii gimnastlar mübarizə aparacaq.
Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi olacaq. Yarışın açılış mərasimi də sentyabrın 28-də bu arenada olmuşdu.
III MDB Oyunlarına 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.
Qeyd edək ki, Azərbaycan medal sıralamsında 2-cidir. İdmançılarımızın hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var. Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) siyahıda liderdir.