
Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumatda bildirilib.
9-16 noyabr tarixlərində keçiriləcək yarışda 17 ölkədən ən güclü gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.
9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.
Çempionat Gəncə İdman Sarayında keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.